Fransa parlamentində Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçiliyindən danışılıb
“Gürcüstan Cənubi Qafqazda sabitliyin mühüm dayağı olaraq qalır və bu, Azərbaycan və Ermənistan arasında sülh vasitəçiliyi məsələsində də özünü göstərdi”.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası-red.) Xarici əlaqələr komitəsində çıxışı zamanı deyib.

Spiker bildirib ki, mürəkkəb geosiyasi vəziyyət fonunda Gürcüstan öz xarici siyasət prioritetlərinə sadiqliyini qətiyyətlə saxlayır.

Ş.Papuaşvilinin sözlərinə
görə, Gürcüstan beynəlxalq təhlükəsizlik məsələlərində NATO və Avropa İttifaqının etibarlı tərəfdaşı olaraq qalır.

Parlament sədri vurğulayıb ki, Gürcüstan Rusiyanın işğal etdiyi torpaqların azad edilməsi və həmin bölgələrin beynəlxalq səviyyədə tanınmaması üçün qlobal tərəfdaşlığı formalaşdırmaqda davam edir.
Mənbə: mediapost.az

Print Email
FaceBook Twitter Google