İyunun 7-də Gürcüstanın Milli Elmlər Akademiyasının (GMEA)
toplantısı keçirilib. Toplantıda akademiyanın qarşısında duran
məsələlər və perspektiv layihələr müzakirə olunub, təşkilatı
məsələyə baxılıb.
GMEA-nın ümumi yığıncağında 2013-cü ildən akademiyanın prezident
vəzifəsində çalışan Giorgi Kvesitadze səlahiyyətlərinin başa
çatdığını bildirib. Sonra GMEA-nın vitse-prezidenti, tarixçi alim,
ictimai xadim Roin Metreveli akademiyanın yeni prezidenti
seçilib.
Qeyd edək ki, Azərbaycanın elm dairələrində də yaxşı tanınan Roin
Metreveli uzun müddət İvane Cavaxişvili adına Tbilisi Dövlət
Universitetinin rektoru olub. O, 1993-cü ildən GMEA-nın həqiqi üzvü
seçilib, 2013-cü ildən isə vitse-prezidenti kimi çalışıb.