Azərbaycan Dəmir Yolları (ADY) Batumidə keçirilən beynəlxalq
konfransda təhlükəsiz daşınma imkanları və biznes müştərilər üçün
əlverişli şərtlər haqqında danışıb.
“APA-Economics” ADY müasir, inteqrə olunmuş qurum olaraq
əməliyyatların səmərəliliyinin artırılması və rəqəmsallaşma
istiqamətində həyata keçirdiyi yeni layihələrini 6-7 iyun
tarixlərində Gürcüstanın Batumi şəhərində “Neft və neft
məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı
beynəlxalq konfransda təqdim edib.
Qeyd edək ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY)
törəmə şirkəti olan “ADY Ekspres” MMC iştirak etdiyi panel
müzakirələrində xüsusi olaraq Qazaxıstan və Türkmənistanın neft və
neft məhsullarının Azərbaycandan tranzit keçməklə daşınma
istiqamətləri və bu yüklərin aşırılması imkanları müzakirə
olunub.
Xatırladaq ki, konfransın keçirilməsində əsas məqsəd regional bazar
iştirakçılarını Azərbaycan və Gürcüstandan keçən nəqliyyat
dəhlizlərinin geniş imkanları və perspektivləri ilə tanış etmək
olub.