Gömrükçülər bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar ediblər
“Sarpi” gömrük-keçid məntəqəsində 3 qanun pozuntusunun qarşısı alınıb.

Agentlikdən verilən məlumata görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən Gürcüstan və xarici ölkə vətəndaşlarının həm fiziki, həm də ona məxsus baqajlarına ətraflı baxış nəticəsində gömrükdə bəyan olunmamış 43 460,34 lari (ümumi çəkisi: 451,89 qram) olan qızıl-zinət əşyaları aşkar edilib.

“Qanunu pozan əcnəbi vətəndaşların iş materialları əlavə münasibət bildirilməsi üçün Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verilib, qanunu pozan Gürcüstan vətəndaşı isə 168-ci maddənin birinci hissəsinə əsasən 7573,59 lari məbləğində pul cəriməsi ilə cəzalandırılıb”,
- Maliyyə Nazirliyinin Gəlirlər Xidməti tərəfindən yayılan məlumatda qeyd olunub.


Print Email
FaceBook Twitter Google