Bir nəfəri öldürən və meyitini zibil qabının yanında buraxıb gedən şəxs təqsirli bilinib
Andlı hakimlər bir nəfəri insanı qətlə yetirməkdə və cəsədini zibil qabının yanında buraxıb getməkdə təqsirli bilib. Bu barədə prokurorluq məlumat yayıb.

Agentliyin məlumatına görə, Tbilisi Şəhər Məhkəməsinin andlı hakimlər son dərəcə amansızlıqla törədilmiş qətllə bağlı işi müzakirə ediblər:

“Məhkəmə zamanı müəyyən edilib ki, zərərçəkmiş təqsirləndirilən şəxslə uzun müddət münasibətdə olub. 30 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin evində dava ediblər, bu zaman müttəhim bıçaqla zərərçəkmişin bədəninə xəsarətlər yetirib, daha sonra izlərini gizlətmək məqsədilə meyiti evdən çıxarıb və zibil qutusunun yanında buraxıb gedib,” – prokurorluq bildirib.

Qurumun açıqlamasında bildirilir ki, prosesdə ittiham tərəfi təqsirləndirilən
şəxsin cinayəti törətdiyini və məsuliyyətdən yayınmaq üçün sonrakı hərəkətlərini təsdiq edən sübutlar təqdim edib:

“Andlı hakimlər işin hallarını və sübutlarını hərtərəfli öyrəndikdən sonra prokurorluğun mövqeyinin əsaslı olduğuna əmin oldular və təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 109-cu maddəsinin “m” bəndi (qəsdən adam öldürmə xüsusi qəddarlıq) ilə nəzərdə tutulmuş cinayətdə təqsirli bildilər”, - deyə bəyanatda oxuyuruq.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123