Marneulinin 3 saylı uşaq bağçasında uşağın "Feyri" içdiyi güman edilir
Bu gün, 8 iyun tarixində Marneuli bələdiyyəsinin 3 saylı uşaq bağçasında 4 yaşlı uşağın "Feyri" qab yuma vasitəsi içdiyi güman edilir. Yayılmış məlumata görə, azyaşlı bağçadan getdikdən sonra huşunu itirib və valideynləri onu xəstəxanaya aparıb.

Marneuli "Aversi" klinikasının Pediatriya Şöbəsinin rəhbəri İlona Xidaneişvili "Marneuli" radiosuna bildirib ki, azyaşlı uşağın vəziyyəti qənaətbəxşdir.

"Uşağın vəziyyəti qənaətbəxşdir, yemək yeyir. Ünsiyyət qurur və gəzir. Ümumi parametrləri normadadır. Valideynin və pedaqoqların dediyinə görə, güman ki, içdiyi maye "Feyridir", — İlona Xidaneişvili bildirir.

Marneuli "Aversi" klinikasının rəhbəri bildirdi ki, uşağın müalicəsinə ontolarinqloloq və toksikoloq qoşulub. O, laboratoriya müayinələrindən keçirilib və müşahidə altındadır.

Print Email
FaceBook Twitter Google