Qaribaşvili ABŞ Prezidentinin müşaviri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

Məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətləri nəzərdən keçirib, strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.

Qeyd olunub ki, söhbət zamanı regional təhlükəsizlik məsələlərinə də toxunulub. İrakli Qaribaşvili qlobal çağırışlar qarşısında birgə səylərin vacibliyini vurğulayıb.

Görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesi də müzakirə edilib.

Qaribaşvili bildirib ki, bu, Gürcüstan hökumətinin xarici siyasətinin ən mühüm prioritetidir və hakimiyyət qarşıya qoyulan məqsədə çatmaq üçün hər şeyi edir.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google