Qiorqi Bakradze də Milli Bankı tərk edib
Gürcüstan Milli Bankının vitse-prezidentlərindən sonra GMB-nın prezidentinin müşaviri Qiorqi Bakradze də vəzifəsini tərk edib.

Qiorqi Bakradze özü “İnterpress News”a bu məlumatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, Milli Bankın iki vitse-prezidenti Papuna Lejava və Arçil Mestvirişvili öz vəzifələrini tərk ediblər.

Papuna Lejavanın istefası
barədə məlumatı jurnalistlərə Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava da təsdiqləyib. Arçil Mestvirişviliyə gəlincə, Milli Bankın keçmiş vitse-prezidenti sosial şəbəkədə qərarını yazıb.

Print Email
FaceBook Twitter Google