Leri Abuladze dünya çempionu olub

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-roma

güləşi üzrə Leri Abuladze (63 kq) qızıl medalın sahibi olub. Hazırkı Avropa çempionu, gürcüstanlı pəhləvan finalda azərbaycanlı Murad Məmmədovu məğlub edib. Qeyd edək ki, Abuladze karyerasında ardıcıl üçüncü dəfə dünya çempionatının finalına çıxıb və bu gün ilk dəfə çempion olub.

Gürcüstan millisi turniri iki medalla başa vurub, iki gün
əvvəl Nuqzar Tsurtsumiya (55 kq) gümüş medal qazanıb.

Bir neçə gün əvvəl Belqradda başa çatan sərbəst güləşçilərin dünya çempionatında Gürcüstan komandasının aktivində dörd medal var. Qivi Maçaraşvili (97 kq) və Şota Partenadze (61 kq) bürünc, Vladimir Qamkrelidze (79 kq) və Qeno Petriaşvili (125 kq) isə gümüş medala sahib olublar.

Petriaşvili və Maçaraşvili medalla yanaşı, Paris Olimpiadasına da səfərlər qazanıblar. Gürcüstan millisi ümumi komanda hesabında üçüncü yeri tutub, komandamız yalnız ABŞ və İrandan geri qalıb.


Mənbə: Birinci Kanal

 

Print Email
Tags: İdman Sport
FaceBook Twitter Google