Xulodakı emalatxanalardan birində işləyən işçi dünyasını dəyişib

Xulo bələdiyyəsinin Vaşlovani kəndində beton emalı sexində 25 yaşlı gənc ölüb.


 

Əldə olan məlumata görə, gənc oğlan dəzgahlardan birinin içərisinə düşüb.

Yerli sakinlərin sözlərinə görə, ölən gənc adıçəkilən sexdə işlə təmin olunubmuş.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər edilib. Faktla bağlı “Cinayət Məcəlləsinin 240-cı, təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan” maddəsi ilə araşdırma aparılır.

Hadisə ötən gün baş verib.

 


 

Print Email
Tags: Xulo
FaceBook Twitter Google