Gürcüstanda 34 545 nəfər ünvanı göstərilmədən qeydiyyatdadır. Bu
barədə Dövlət Xidmətləri Agentliyinin deputat Levan Bejaşvilinin
deputat sualına cavab olaraq göndərdiyi məlumatda qeyd olunub.
Eyni məlumata görə, Gürcüstanın 104 615 vətəndaşı qeydiyyatdan
çıxarılıb.
Qeydiyyatdan çıxarılma səbəblərinə gəlincə, ən çox - yaşayış
yerinin sahibinə görə 31 838 vətəndaş qeydiyyatdan çıxarılıb; 2
fiziki şəxsin təsdiqi əsasında 28 126 vətəndaş qeydiyyatdan
çıxarılıb; 16 484 vətəndaş - fiziki şəxsin ərizəsi ilə qeydiyyatdan
çıxarılıb; 13 610 vətəndaş - qeydiyyat müddəti başa çatdığı üçün
ünvansız qeydiyyatdan çıxarılıb; 12 501 vətəndaş isə xaricə daimi
yaşamaya getdiyi üçün qeydiyyatdan çıxarılıb.