Kutaisidə məktəblilər bələdiyyə avtobusları ilə pulsuz səyahət edəcəklər
Kutaisi yerli özünüidarəsinin qərarına əsasən, şəhərin bütün məktəbliləri bələdiyyə nəqliyyatında pulsuz səyahət edəcəklər.

Bu barədə Kutaisi Bələdiyyəsinin meriyası məlumat yayıb.

Onların verdiyi məlumata görə, artıq bələdiyyə şurası “M3 kateqoriyalı avtonəqliyyat vasitələrinin inzibati sərhədləri daxilində müntəzəm sərnişindaşıma marşrutları üzrə sərnişindaşıma tariflərinin güzəşt sisteminin təsdiq edilməsi haqqında” 28 aprel 2021-ci il tarixli 177 nömrəli qərarında müvafiq dəyişiklik edib.

Kutaisi meri İoseb Xaxaleişvilinin qeyd etdiyinə görə, şəhərdə 33 619 şagird var.

“Kutaisi yerli özünüidarəsi qərara alıb ki, şəhərin bütün dövlət və özəl məktəb şagirdləri bələdiyyə nəqliyyatında pulsuz səyahət edəcəklər. Bu məsələ artıq bələdiyyə şurasının iclasında təsdiqlənib. Şəhərdə 33619 şagird var və onların hər birinə pulsuz TBC Bank səyahət kartları veriləcək. Biz vətəndaşlarımıza söz verdik ki, bu məsələni müsbət həll edəcəyik və sözümüzü yerinə yetirdik. Düşünürəm ki, bu xəbər şagirdlərin ailələri üçün böyük fayda verəcək”,
- deyə İoseb Xaxaleyşvili bildirib.

Mənbə: BPN

Print Email
FaceBook Twitter Google