Tbilisi Nəqliyyat Şirkəti avtobus sürücüsü vəzifəsinə 400 vakansiya
elan edir. Bu barədə paytaxt meri Kaxa Kaladze bələdiyyə
hökumətinin bu gün, sentyabrın 27-də keçirilən iclasında məlumat
verib.
Kaladzenin sözlərinə görə, 8, 10 və 12 metrlik avtobusların
sürücülərinin boş qalan yerləri doldurulacaq və hazırda işləyən
sürücülər 18 metrlik avtobuslara keçəcəklər.
“Biz artıq istehsal prosesində olan 160 ədəd 18 metrlik avtobus
almışıq. Onlar 2024-cü ildə müxtəlif marşrutlarda təqdim olunacaq
və istifadəyə veriləcək. Bunu nəzərə alaraq, Tbilisi Nəqliyyat
Şirkəti sözügedən avtobusları idarə etmək üçün tələb olunan E
kateqoriyalı vəsiqəni almaq üçün hazırda şirkətdə çalışan
sürücülərin yenidən hazırlanmasına başlayıb. Onların əvəzinə 8, 10
və 12 metrlik avtobusların sürücülərinin boş yerlərini doldurmaq
lazım gələcək”, - deyə Kaxa Kaladze bildirib.
Kaxa Kaladzenin sözlərinə görə, sözügedən vakansiya üçün rəsmi maaş
2500-3000 lari təşkil edir:
“İş tapmaq istəyənlər Tbilisi Nəqliyyat Şirkətinə müraciət
etsinlər. Müvafiq müsahibə və təcrübə keçdikdən sonra cinsindən
asılı olmayaraq bütün insanlar M3 kateqoriyalı avtobus sürücüsü
kimi işə qəbul olunmaq imkanı əldə edəcəklər. 400 sürücü üçün
vakansiya elan edilir. Paytaxt meri bildirib ki, bu vakansiya üçün
rəsmi maaş 2500-3000 lari təşkil edir.