Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını
elan edib.
Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar
verib.
Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları
2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırır. Bununla da
"Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.
Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda
yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı
müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan
Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola
bilərlər.