Gürcüstan üçün geosiyasi kursunu Aİ-nin xarici siyasət
prioritetləri və Rusiyaya qarşı sanksiyalar siyasətini ardıcıl
dəstəkləməsi vacibdir.
Bu barədə Litva Prezidenti Gitanas Nauseda deyib.
O, Litvaya səfər edən Gürcüstan Prezidenti Salome Zurabişvili ilə
görüşüb. Dövlət başçıları Avropaya inteqrasiya perspektivlərini,
Avropa Komissiyasının islahatlarının və tövsiyələrinin həyata
keçirilməsinin gedişini, regionda təhlükəsizlik vəziyyətini
müzakirə ediblər.
Litva lideri deyib ki, Gürcüstanın
Aİ-yə namizəd ölkə statusu
alması üçün islahatların aparılmasında və Aİ-nin tövsiyələrinin
yerinə yetirilməsində, xüsusən cəmiyyətin siyasi depolarizasiyası,
məhkəmə islahatları, deoliqarxizasiya, KİV azadlığı kimi
məsələlərdə irəliləyiş nümayiş etdirmək lazımdır.
Baltikyanı ölkənin başçısının sözlərinə görə, Gürcüstanın geosiyasi
kursunun Aİ-nin xarici siyasət prioritetləri və Aİ-nin Rusiyaya
qarşı sanksiya siyasətinə ardıcıl dəstəyi ilə sinxronlaşdırılması
da vacibdir.
Mənbə: report.az