Bu gün, 28 sentyabr tarixində, saat 12:00 radələrində Tbilisidə
sərnişin avtobusu ilə "Mercedes" markalı minik maşını toqquşub.
Qəza nəticəsində minik maşını yolun hərəkət hissəsindən çıxaraq
aşıb.
Şahidlərin "Marneuli" radiosuna bildirdiyinə görə, hər iki
avtomobilə ciddi ziyan dəyib.
Hadisənin baş verdiyi əraziyə yanğınsöndürən və yol patrul
xidmətinin əməkdaşları cəlb edilib.
Qəza nəticəsində yolda tıxac yaranıb.