Semek “SOCAR Georgia Gas”ı 50 min lari cərimələyib
Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (SEMEC) “SOCAR Georgia Gas” MMC-ni dövlət büdcəsinin xeyrinə 50 min lari məbləğində cərimələyib. Bu barədə Semek məlumat yayıb.

Onların məlumatına görə, cərimənin əsası Semek reqlamentinin - xidmət keyfiyyəti qaydalarının pozulmasıdır.

“Cari ilin mayın 5-də “Semek”ə vətəndaşın müraciəti daxil olub ki, bu da “Sokar Georgia Gas” MMC tərəfindən
Sartiçala kəndində abonentlərin qaz təchizatının ehtiyatsızlıqdan dayandırılması ilə bağlı olub. Sözügedən məsələnin Semek tərəfindən araşdırılması nəticəsində müəyyən edilib ki, “Kommersiya Xidmətinin Keyfiyyəti Qaydaları”nın tələblərini pozaraq, “SOCAR Georgia Gas” MMC Semek rəhbərliyi tərəfindən yaradılmış elektron jurnalda “SOCAR Georgia Gas” MMC planlaşdırılan fasilə barədə məlumatı qanun pozuntuları ilə bilərəkdən qeyd etmiş və planlaşdırılmış fasilə barədə müştərilərə məlumat vermək öhdəliyini yerinə yetirməmişdir.

“SOCAR Georgia Gas” MMC-yə xəbərdarlıq edilib ki, qayda pozuntusunun təkrar törədildiyi təqdirdə, təyin edilmiş cərimənin üç misli miqdarında cərimələnəcək”,
- məlumatda deyilir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google