Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın günlərdə
Dağlıq Qarabağda heç bir erməni qalmayacaq.
O, həmçinin qeyd edib ki, ermənilər “Azərbaycanın etnik təmizləmə
siyasəti nəticəsində” Qarabağı tərk edirlər.
"Aparılan təhlillər göstərir ki, yaxın günlərdə Dağlıq
Qarabağda bir dənə də olsun erməni qalmayacaq. Bu, beynəlxalq
ictimaiyyətlə uzun müddətdir danışdığımız birbaşa etnik təmizləmə
və vətəndən məhrumetmə aktıdır. Müxtəlif beynəlxalq oyunçuların
Dağlıq Qarabağda davam edən etnik təmizləməni pisləyən bəyanatları
mühümdür, lakin onlara konkret əməl olunmazsa, o zaman bunlar
yalnız tarix üçün mənəvi statistikanın yaradılmasının tərkib
hissəsi kimi qəbul edilir”, - Paşinyan bildirib.
“Artsax”, yəni qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti”
Samvel Şahramanyan separatçı rejimin 2024-cü il yanvarın 1-dən
fəaliyyətini dayandırması barədə fərman imzalayıb.
Mənbə: tabula.ge