Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti USAİD-i ölkədə hakimiyyət
dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim
keçən serbiyalılar maliyyələşdirməkdə ittiham edib.
Bu barədə Gürcüstan DTX-nın bəyanatında bildirilib. Qeyd olunub ki,
USAİD-in Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya
vətəndaşı - Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç
sentyabrın 25-də Gürcüstana gəlib. Qeyd olunub ki, sözügedən
şəxslər 2003-cü ildə Gürcüstanda baş vermiş inqilabi proseslərlə
əlaqəli olub, həmçinin müxtəlif illərdə Serbiya, Ukrayna və digər
ölkələrdə gedən oxşar proseslərdə iştirak ediblər.
Vurğulanıb ki, sözügedən şəxslər aktiv şəkildə zorakı etiraz
aksiyası metodları üzrə təlimlər keçiblər.
Bildirilib ki, həmin şəxslərin Gürcüstana gəlişinin əsas məqsədi də
bu ilin oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər
planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara
təlimlər keçmək olub.
Məlumata görə, Serbiya vətəndaşları USAİD tərəfindən
maliyyələşdirilən və sentyabrın 26-dan 29-dək davam etmiş dörd
günlük təlimdə iştirak ediblər.
Qeyd edək ki, Gürcüstan DTX daha əvvəl sözügedən serbiyalıların
saxlanıldığını açıqlayıb.