Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində Ermənistan
Respublikasının hərbi-siyasi rejimi tərəfindən BMT-nin “Muzdluların
cəlb edilməsinə,
onlardan istifadə olunmasına, maliyyələşdirilməsinə və təliminə
qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin
kobud şəkildə pozulması ilə əlaqədar 8 cinayət işinin ibtidai
istintaqı aparılır.
Bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev
deyib.
Baş prokuror bildirib ki, həmin cinayət işləri üzrə 17 nəfər xarici
ölkə vətəndaşları (Rusiya, Gürcüstan, Fransa) təqsirləndirilən şəxs
qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə
axtarış elan edilmiş və həmin şəxslərin “İnterpol”un Milli Mərkəzi
Bürosu vasitəsi ilə beynəlxalq axtarışa verilməsi təmin edilib.
"Həmin şəxslər sosial şəbəkələrdə öz müsahibələrində işğal olunmuş
ərazilərimizdə Ermənistan Silahlı Qüvvələrinin sırasında olmalarını
bildirmişlər və həmin şəxslərin döyüşlərdə iştirak etmələrini əks
etdirən foto və video materiallar mövcuddur. Həmin şəxslərin
tutulub istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat
tədbirləri davam etdirilir, o cümlədən bununla bağlı aidiyyəti
ölkələrə çoxsaylı hüquqi yardım haqqında vəsatətlər də göndərilib",
- deyə K.Əliyev əalvə edib.
Mənbə: trend.az