Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb
Oyunları Mərkəzində Azərbaycan,
Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə
“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi
keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi
qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin
cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də regional
iqtisadi layihələrin mühafizəsinin təşkili
üzrə tapşırıqlar icra
ediləcək.
Oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin
silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi
və uzlaşmanın təmin edilməsidir.