2 oktyabr tarixində Baydar kəndində el bayramı "Baydaroba"
keçirilib.
El şənliyində kənd sakinləri və dəvət olunmuş qonaqlar iştirak
ediblər.
"Baydaroba"-da milli adət ənənələrə məxsuz saz, musiqili çıxışlar
və meyxana ifa edilib.
Tədbir kənd sakinlərinin hesabına baş tutub.
Təşkilatçıların "Marneuli" radiosuna bildirdiyinə görə,
"Baydaroba"nı hər il qeyd etməyi düşünürlər və adət halına almasını
istəyirlər.
Qeyd edək ki, Marneuli bələdiyyəsində müxtəlif vaxtlarda bir neçə
el şənliklər təşkil edilib və
qeyd olunub.