3 oktyabr tarixində, gecə saat 02:00 radələrində Marneuli şəhərinin
Rustaveli küçəsində yerləşən üç dönər evi - "Algeti Shawarma", "Vip
Shawarma" və "Oto's Shawarma" qarət olnub. Qarəti dörd yeniyetmə
edib.
Onlar obiyektdə daxil olmaq üçün pəncərələri qırıblar və qapılarını
açmağa cəhd göstəriblər.
Obiyekt sahiblərinin sözlərinə görə, "Oto Shawarma"dan yeniyetmə
qızlar pul, mobil telefon götürüblər. Daha sonra kafedəki
içəcəkləri açıb yerə töküblər. Eyni hal "Algeti Shaurma" və "Vip
Shawarma"da da baş verib. Qarətçilər "Vip Shawarma"da olan zaman
obiyekt sahibi hadisə yerinə gələrək onların qaçmasına mane olub və
saxlayıb. Daha sonra hüquq mühafizə orqanlarına məlumat
verilib.
Hadisə şahidlərinin sözlərinə görə, dörd nəfər 14-15 yaşlarında
olan qızlar spirtli içki və ya narkotik vasitələrinin təsiri
altında olduğu ehtimal olunur. Yeniyetmələr polis əməkdaşlarına da
müqavimət göstəriblər.
Yeniyetmələr polis tərəfindən saxlanılıb və araşdırma aparılır.