Biznes sektorunda orta əmək haqqı 2022-ci ildə demək olar ki, 1606 lari olub
2022-ci ildə sahibkarlıq sektorunun dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artaraq 181,8 milyard lari təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların hesabatlarına görə, biznes sektorunun istehsal tempi də artım tendensiyası ilə xarakterizə olunur. 2022-ci ildə onun həcmi 71,8 milyard lari müəyyən edilib ki, bu da ötən illə müqayisədə 24,6
faiz çoxdur.

“2022-ci ildə ümumi dövriyyənin 65,5 faizi iri biznesin, 16,1 faizi orta biznesin, 18,3 faizi isə kiçik biznesin payına düşür.

2022-ci ildə muzdla çalışan işçilərin orta sayı 779,4 min nəfər müəyyən edilib ki, bu da ötən illə müqayisədə 4,7 faiz çoxdur. İşçilərin ümumi sayının 43,1 faizini qadınlar, 56,9 faizini isə kişilər təşkil edir”,
- deyə Milli Statistika Xidməti məlumat yayıb.

Onların məlumatına görə, 2022-ci ildə biznes sektorunda orta aylıq əmək haqqı 1605,9 lari (keçən illə müqayisədə 258,3 lari artıb), o cümlədən qadınların maaşı 1264 lari (keçən illə müqayisədə 199,6 lari artıb) təşkil edib.

Müəssisələrin ölçüsünə görə orta aylıq əmək haqqı aşağıdakı kimidir:
  • Böyük biznes – 1 822,4 lari,
  • Orta biznes – 1 862,2 lari,
  • Kiçik biznes – 1 187,2 lari.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google