2023-cü ilin sentyabr ayında əvvəlki ayla müqayisədə Gürcüstanda
inflyasiyanın səviyyəsi 0,6 faiz,
illik inflyasiyanın səviyyəsi isə 0,7 faiz təşkil edib. Bu barədə
məlumatı Milli Statistika Xidməti yayıb.
Aylıq inflyasiya indeksinin formalaşmasına əsasən aşağıdakı qruplar
üzrə qiymət dəyişiklikləri təsir göstərmişdir:
- Nəqliyyat, təhsil və səhiyyə.
“Business Press News” qiyməti ötən ay ən çox bahalaşan 10 məhsulun
siyahısını təqdim
edir:
- Göyərti - 75%
- Kələm - 58,8%
- Üzüm - 47,3%
- Şaftalı - 28,2%
- Kivi - 25,4%
- Armud - 22,6%
- Qarpız - 21,7%
- Tomat pastası - 21,4%
- Kartof - 15,9%
- Mal əti - 14,4%