Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin ekoloji
nəzarət şöbəsinin əməkdaşları Sameqreloda qanunsuz balıq ovu
faktını aşkar ediblər.
Bu barədə Ekoloji Nəzarət Departamenti məlumat yayıb.
Onların məlumatına görə, departamentin Sameqrelo-Zemo Svaneti
regional bölməsinin əməkdaşları Poti şəhərində, Kaparçina çayında
iki vətəndaşı elektrik cərəyanı qurğusu ilə motorlu qayıqda
qanunsuz balıq tutması faktına görə ifşa ediblər. Qanun pozucuları
qanunsuz olaraq 34,65 kiloqram kefal balığı əldə ediblər.
“Şöbənin əməkdaşları qayığı, toru, elektrik şoku
aparatı, 3 ədəd akkumulyator və qanunsuz yolla əldə edilmiş
balıqları möhürləyib.
Materiallar əlavə baxılması üçün aidiyyəti quruma göndərilib.
Qanunsuz balıq ovunun aşkarlanması və qarşısının alınması Ekoloji
Nəzarət Departamentinin prioritet istiqamətlərindən biridir.
Şöbənin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə
tədbirləri çərçivəsində 2023-cü il yanvarın 1-dən oktyabrın 1-dək
qanunsuz balıq ovu ilə bağlı 575 fakt aşkar edilərək, onlardan
167-də cinayət tərkibi müəyyən edilib və materiallar aidiyyəti üzrə
istintaqa göndərilib, - açıqlanan məlumatda qeyd
olunur.