Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya
Təşkilatı (BMqT) Gürcüstanın Sərhəd Polisinə
2,25 milyon lari dəyərində yük maşınlarını təhvil verib. Söhbət
çətin yerlərə çıxa bilən qısa şassili 10 yük maşınından gedir.
“Bu avtomobillər Gürcüstan sərhəd polisinin ucqar ərazilərdə
yerləşən sərhəd bölmələri və sektorlarında xidmət edən sərhədçiləri
lazımi material və avadanlıqlarla təmin etmək imkanlarını daha da
gücləndirəcək”, - Avropa İttifaqının bəyanatında
bildirilir.
Avropa İttifaqı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə 2022-ci
ildən Gürcüstanın sərhədlərin idarə edilməsi və miqrasiyanın
təşviqi layihəsini həyata keçirir.