"VMH"-ın Marneulidə yerləşən qərargahında bomba olması xəbəri yayılıb
"Vahid Milli Hərakat" partiyasının Marneuli şəhərinin Rustaveli küçəsində yerləşən qərargahında bomba olması xəbəri yayılıb. Məsələ ilə bağlı partiyanın Marneuli qərargahının rəhbəri Azad Kərimovla əlaqə saxladıq. O, "Marneuli" radiosuna bildirdi ki, yayılan məlumat həqiqətə uyğun deyil və həmin ofis "Vahid Milli Hərakat"ın partiyasının ofisi deyil.

"Siz Ramal Əhmədovla əlaqə saxlayın. Ora bizim partiyanın ofisi deyil. Bizim ofis
başqa ərazidə yerləşir. Həmin ofislə müqaviləmiz çoxdandır ki, sona çatıb."

Məsələyə aydınlıq gətirmək üçün bələdiyyə məclisinin üzvü Ramal Əhmədovla əlaqə saxladıq. O, bildirdi ki, naməlum çanta olduğuna görə polisə müraciət ediblər.

"Bomba yoxdur. Kimsə ofisə çanta qoymuşdu. 3-4 gün olardı ki, gəlmirdilər. Ayın 21-dən qoyulmuşdu. Biz də şübhələndik. Polisə bildirdik. Polis də gəldi yoxladı. Çantanın içindən iki telofon, idman geyimi və kofta çıxdı".

Əhmədov Kərimovun fikirlərinə də münasibət bildirdi. Qeyd etdi ki, "VMH" partiyasının ofisidir və Saakaşvilinin qərargahıdır.

"Azad Kərimov tamamilə yalan danışır. Saakaşvilinin qərargahıdır. "VMH" partiyasının ofisidir".

Bomba həyacanı ilə bağlı hadisə yerinə polis səfərbər edilib. Çantanın kimə məxsus olduğu bilinmir. Araşdırma aparılır.

Əsas şəkil 24news.ge-nin "facebook" səhifəsinin canlı yayımından götürülüb.

Print Email
FaceBook Twitter Google