Polşada 3 Gürcüstan vətəndaşı həbs edilib
Polşada 3 Gürcüstan vətəndaşı həbs edilib.

Məlumatı yerli media yayıb.

Onların verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gecə saatlarında küçədə patrul xidməti həyata keçirən zaman 3 nəfərin dayanacaqda dayanmış avtomobillərə baxdığını görüblər.

Əvvəlcə onlar maşınlardan birinin şüşəsini sındırıblar. Daha sonra isə maşınlarına minərək qaçıblar.

Hüquq-mühafizə orqanları gürcüləri təqib edərək həbs ediblər. Baxış zamanı onların avtomobilindən bir neçə açar, qızıl-zinət əşyaları və digər əşyalar götürülüb.

Saxlanılan gürcülər oğurluqda təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Print Email
FaceBook Twitter Google