2 litr günəbaxan yağı, 1 kq şəkər, 10 ədəd yumurta – Meriya aztəminatlı ailələrə yeni ildə hansı məhsulları verəcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi yeni il ərəfəsində aztəminatlı ailələrə qida məhsulları verməyi planlaşdırır. Marneuli meriyası 28 noyabr tarixində, qida məhsullarının alınması üçün 50 847 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, Marneuli meriyası ehtiyacı olan 600 ailəyə hədiyyə səbəti verməyi planlaşdırır.

Marneuli meriyasının aztəminatlı ailələrə verəcəyi məhsulların siyahısını sizə təqdim edirik:
  • 2 litr günəbaxan yağı
  • 10 ədəd yumurta
  • 1 kq şəkər
  • Bir bağlama makaron
  • Bir bağlama makaron spagetti
  • Bir qutu çay
  • 1 kq yağ
  • 1 litr meyvə şirəsi
  • 1 bağlama şokolad
  • 25 kq un
Tenderdə iştirak etmək istəyən şirkətlər 5 dekabr tarixindən 7 dekabr tarixində qədər öz təkliflərini göndərə bilərlər. Tenderə görə, qalib gələn şirkət sifarişcinin tələbinə uyğun olaraq, 31 dekabra qədər məhsulları meriyaya təhvil verməlidir.

Qeyd edək ki, Marneuli meriyası 2024-cü ilin gəlişi ilə əlaqədar şəhərin və yeni il yolkasının işıqlandırılması tədbiri üçün ümumilikdə 416 570 lari dəyərində iki tender elan edib.

Özünüidarə Marneuli şəhərinin yeni il ərəfəsində bəzədilməsi üçün 350 070 lari, yeni il yolkasının işıqlandırılması tədbirinin təşkil edilməsi üçün isə 66500 lari xərcləməyi planlaşdırır.

Print Email
FaceBook Twitter Google