“Ukrayna hərbi kəşfiyyatının bir neçə yüksək rütbəli
məmuru və kəşfiyyat rəisinin həyat yoldaşı keçən ilin martında
Rustavi həbsxanasında mən zəhərləndiyim ağır metallarla
zəhərləniblər”, - bu barədə keçmiş prezident Mixeil
Saakaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, rusların hər yerdə eyni cür əl yazısı var.
“Bununla bağlı xatırladım ki, 2008-ci ildə Ukrayna Silah İxrac
Agentliyinin rəhbəri Sergey Bondarçuk da eyni maddələrlə
zəhərlənib, o, Ukraynadan müdafiə ləvazimatlarının alınmasında bizə
çox kömək edib. Sonra onu Vaxtanq Qorqasli ordeni ilə təltif
etdim”, - Saakaşvili yazıb.