Sinoptiklər sabahdan dekabrın 3-dək ölkə ərazisində temperaturun yüksələcəyini proqnozlaşdırırlar
Milli Ətraf Mühit Agentliyi 29-30 noyabr və 1-3 dekabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, noyabrın 30-dan Gürcüstanda havanın temperaturunun yüksələcəyi gözlənilir.

“Dekabrın 1-3-də Qərbi Gürcüstanın düzənliyi +23 dərəcəyə, Şərqi Gürcüstanın barı isə +15, +20 dərəcəyə qədər isti olacaq. Noyabrın 30-da istilər fonunda Qərbi Gürcüstanda yağıntılı hava şəraiti müşahidə
olunacaq.

Dekabrın 1-3-də respublikanın əksər rayonlarında hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Tbilisidə hava yağmursuz keçəcək, dekabrın 1-3-də hava +17, +19 dərəcəyədək isti olacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) noyabrın 30-da yağış, dekabrın 1-3-də isə isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu +21, +23 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti) noyabrın 30-da yağış yağacağı, dekabrın 1-3-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu +21, +23 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) noyabrın 30-da yağış yağacağı, dekabrın 1-3-də isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu +19, +21 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) noyabrın 30-da yağıntılı hava şəraiti, dekabrın 1-3-də isə nisbətən isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +12, +14 dərəcəyədək yüksələcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) hava əsasən yağmursuz keçəcək, gündüz temperatur +17, +19 dərəcəyədək yüksələcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) hava yağmursuz keçəcək, gündüz temperatur +18, +20 dərəcəyə yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro) hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +11, +13 dərəcəyədək yüksələcək”
, - məlumatda bildirilir.
Mənbə: Publika

Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345