Marneulidə körpünün bağlanması ictimai nəqliyyatın hərəkətinə necə təsir göstərəcək
Marneuli şəhərində, Mağalaşvili körpüsünün 20 günlük bağlanmasına görə, ictimai nəqliyyatın hərəkət etməsində maneələr yaranacaq. Marneuli bələdiyyə Avtoparkının rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, körpünün bağlanmasına görə, avtobuslar məhdudlaşdırılmış qrafiklə hərəkət edəcəklər.

“Əlbəttə, çatışmazlıqlar olacaq, körpünün altında hərəkət etmək çətindir və siz də bilirsiniz ki, nəqliyyat daha az hərəkət edəcək. Az hərəkət edəcək deməkdir ki, indiyə qədər etdikləri qədər reys edə bilməyəcəklər, çünki hərəkət etmək çətin olacaq”, – Qiqa Calağonia bildirib.

Körpünün bağlanmasına görə, avtobuslar və marşrutkalar Jordaniya küçəsindən keçməklə (bazarın arxa ərazisindən) hərəkət etməli olacaq. Nəqliyyat dəmir yolu körpüsünün altından hərəkət edərək Rustaveli küçəsinə qayıdacaq.

“Ekspressturist” MMC-nin rəhbəri Yuri Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şirkət marşrutların hərəkət qrafikini dəyişdirməyi düşünmür.

“Bizim marşrutlar adi rejimdə hərəkətə davam edəcəklər. 2 nömrəli marşrutlar ola bilsin körpünün altından keçəcəklər və yeni yol ilə Candar tərəfə gedəcəklər. 1 nömrəli marşrutlar isə körpünün altından keçib, Rustaveli küçəsinə çıxacaqlar. Bu gün meriya nümayəndələri ilə görüşəcəyik və yekun qərar veriləcək”, – Yuri Samxaradze bildirib.

Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpa işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş Aydan artıqdır aparılır. Marneuli meriyası şirkətlə 2023-cü ilin 5 may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa çatdırılması müddəti olaraq 150 gün , təxminən 5 ay müəyyən edilib. Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə əsasən, şirkətə işləri həyata keçirmək üçün 25 dekabra qədər vaxt verilib.

Print Email
FaceBook Twitter Google