Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər məhkum olunmuş
1977-ci il təvəllüdlü İ.X. iki nəfəri ağırlaşdırıcı
şəraitdə adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə
etmə, saxlama və gəzdirmə maddələri ilə saxlayıblar.
"İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxs
Saqareco bələdiyyəsinin Keşəli kəndində keçmiş həyat yoldaşı -
1988-ci il təvəllüdlü N.D. və onun indiki əri 1987-ci il təvəllüdlü
İ.C.-ni yaralayaraq hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər
nəticəsində , İ.C . hadisə yerində ölüb, N.D isə xəstəxanaya
yerləşdirilib, müvafiq tibbi yardım göstərilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq
hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları
tərəfindən İ.X. təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis
cinayət silahını sübut kimi götürüb” – Daxili İşlər
Nazirliyi bildirir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109 və 236-cı maddələri
ilə aparılır ki, bu da ağırlaşdırıcı şəraitdə iki və ya daha çox
şəxsə qarşı adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə
etmə, saxlama və gəzdirməyə aiddir. Təqsirli bilinərsə, məhbusu 16
ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.