Mağalaşvili körpüsü bağlanır
30 noyabr tarixindən bağlanmalı olan Marneulidəki Mağalaşvili körpüsü açıqdır. 29 noyabr tarixində, yerli özünüidarə məlumat yayıb ki, körpü aparılan yenidənqurma işlərinə görə, 30 noyabr, saat 08:00-dan bağlanacaqdı.

Meriyanın İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka Abdeliani “Marneuli” ilə söhbəti zamanı bildirdi ki, körpünün bağlanması işləri bu dəqiqələrdə aparılır və yaxın saatlarda hərəkət dayandırılacaq.

“Bu dəqiqələrdə buradayıq, yol nişanlarını yerləşdirirlər. Yol nişanlarının quraşdıırlmasını bitirdikdən sonra bağlanacaq. Körpünün ətrafındakı yollarda dayanacaqlar qadağan olunur, onu gözləyirik və sonra bağlanacaq”, – Abdeliani bildirir.

Durmişxan Mağalaşvili adına körpüdə hərəkət 2023-cü ilin 20 dekabrında bərpa olunacaq.

Bu müddət ərzində nəqliyyat vasitələri qeyd olunan alternativ istiqamətlərdə hərəkət edə biləcəklər:
  • Noe Jordania küçəsi
  • Revaz Lağidze küçəsi
  • Merab Kostava küçəsi
Marneuli şəhərində Durmişxan Mağalaşvili adına körpünün bərpa işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş Aydan artıqdır aparılır. Marneuli meriyası şirkətlə 2023-cü ilin 5 may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa çatdırılması müddəti olaraq 150 gün , təxminən 5 ay müəyyən edilib. Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə əsasən, şirkətə işləri həyata keçirmək üçün 25 dekabra qədər vaxt verilib.

Print Email
FaceBook Twitter Google