Marneulidə bir il ərzində 30 plastik zibil qabı yanıb
Marneulidə yeni zibil qablarının yerləşdirilməsindən sonra təxminən 30 ədəd zibil qabı yanıb. “Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, zibil qabları diqqətsizliyə görə yanır. Onun sözlərinə görə, gələn ildən plastik konteynerlərin əvəzinə dəmir qablar almağı planlaşdırırlar.

“Anbarda təxminən 100 ədəd zibil qabı var. Diqqətsizliyə görə bu qablar yanır. Çayxanalardan külü
aparıb tökürlər, qabın içində alışıb yanır. Yeni plastik qablar yerləşdirildikdən sonra təxminən 30 zibil qabı yanıb. Bizdə plastik qablar var və onunla əvəz edəcəyik. Gələn ildən nəzərə alacağıq ki, mütləq dəmir qablar olmalıdır”.

Marneuli bələdiyyəsi 2023-cü ilin yanvar ayından 829 ədəd zibil qabının yerləşdirilməsinə başladı. 1 100 litrlik plastik zibil qablarını almaq üçün büdcədən təxminən yarım milyon xərclənib.

Zibil qabları şəhər və bələdiyyənin bir neçə kəndinə yerləşdirilib. Mumladzenin sözlərinə görə, 829 qabdan anbarda 100-ə yaxın zibil qabı qalıb.

Print Email
FaceBook Twitter Google