Milli Statistika Xidmətinin ilkin hesablamalarına görə, Gürcüstan
iqtisadiyyatı 2023-cü ilin oktyabr ayında 6,2% artıb ki, bu da
bizim gözləntilərimizə uyğundur.
Oktyabr ayında artım əsasən xidmət sektorlarının hesabına baş verib
ki, bunlardan maliyyə fəaliyyəti, ticarət və nəqliyyat sektorları
yüksək töhfə ilə seçilib.
Ümumilikdə 2023-cü ilin yanvar-oktyabr aylarında iqtisadi artım
6,9% təşkil edib.
Cari ilin yüksək iqtisadi
artımı daha çox xarici valyuta
daxilolmaları və inflyasiyanın azalması nəticəsində alıcılıq
qabiliyyətinin artması ilə bağlıdır. Bundan əlavə, larinin sabit
məzənnəsi istehlakçı və biznes əhval-ruhiyyəsinə müsbət təsir
göstərir. Nəticədə, ÜDM-ə töhfəsi artan biznes fəaliyyəti və özəl
sektorun istehlakı sürətlənir. Həmçinin qeyd etmək lazımdır ki,
hökumətin infrastruktur xərcləri yüksək səviyyədə qalır
(iqtisadiyyatın həcminə münasibətdə büdcədə 8,6% nəzərdə
tutulub).
Bizim proqnozumuza görə, Gürcüstan iqtisadiyyatı 2023-cü ildə 6,8%
artacaq və iqtisadiyyatın həcmi 80 milyard lariyə çatacaq ki, bu da
30,3 milyard ABŞ dollarına bərabərdir. Bundan əlavə, adambaşına
düşən ÜDM 8108 ABŞ dollarına bərabər olacaq və Gürcüstan Qafqaz
regionunda lider mövqe tutacaq.