ATƏT uçurumun astanasındadır, - Rusiyanın xarici işlər naziri
Sergey Lavrov ATƏT Nazirlər Şurasının açılış iclasında bildirib.
“Gəlin etiraf edək ki, təşkilat uçurumun astanasındadır”. Sadə sual
yaranır: onu dirçəltmək üçün qüvvələri səfərbər etməyin mənası
varmı?”, - Lavrov bildirib.
"ATƏT mahiyyətcə NATO və Avropa İttifaqının əlavəsinə
çevrilir", - Rusiya XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, Lavrov çıxışından qısa müddət sonra zalı tərk edib və
digər nümayəndələri dinləməyib.