Abxaziyalı həmvətənlərimizlə müxtəlif formatlarda, o cümlədən
humanitar əlaqələr mövcuddur. Biz onlara vahid dövlətdə yaşamağın
üstünlüklərini göstərmək üçün bütün
mümkün kanallardan istifadə edirik, - parlamentin sədri Şalva
Papuaşvili Sergey Şamba ilə Vaxtanq Kolbaia arasında onlayn görüşə
belə münasibət bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin milli vəzifəsi ərazi
bütövlüyünü bərpa etməkdir.
“Onların dialoqa hazır olması yaxşıdır. Bizim əsas
məqsədimiz Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək və abxaz
soydaşlarımızla birlikdə vahid və uğurlu ölkə qurmaqdır. Təbii ki,
bunun üçün həm şəxsi təmas, həm də dialoq vacibdir. Baxaq, bu,
təbii olaraq inkişaf etməli olan bir prosesdir. Məqsədimiz aydındır
və abxaz vətəndaşlarımıza təklifimiz də aydındır. Əsas odur ki,
bütün hallarda prioritet və əsas məsələ odur ki, dialoq olsun, biz
buna şərait yaratmalıyıq. Bunun necə, hansı formatlarda, hansı
addımlarla, hansı proseslərlə gedəcəyini zaman göstərəcək. Abxaz
həmvətənlərimizlə müxtəlif formatlarda, o cümlədən humanitar
əlaqələr mövcuddur. Abxaz soydaşlarımıza vahid dövlətdə yaşamağın
üstünlüklərini göstərmək üçün bütün mümkün kanallardan istifadə
edirik. Bu, hökumətin səlahiyyətindədir və hökumət bu prosesi
izləyir. Əsas odur ki, Gürcüstan hökuməti həmişə
Gürcüstanın milli maraqlarından çıxış edir. Bizim
əsas milli vəzifəmiz ərazi bütövlüyünü bərpa etmək, Abxaz və osetin
həmvətənlərimizlə inam və münasibətləri bərpa etməkdir”, - Şalva
Papuaşvili bildirib.
Məlumat üçün bildirək ki, Abxaziyanın “təhlükəsizlik şurasının”
katibi Sergey Şamba Abxaziya Muxtar Respublikası Hökumətinin keçmiş
sədri, Ali Şuranın üzvü Vaxtanq Kolbaia ilə onlayn görüş
keçirib.