Gürcüstan Müsəlman İdarəsinə yeni şeyx seçilib
Bu gün, 1 dekabr tarixinə Bütün Gürcüstan Müsəlmanları İdarəsində şeyx seçkiləri keçirilib. Təqdim olunmuş üç namizəddən səs çoxluğu ilə Faiq Nəbiyev qalib gəlib.

İdarənin ruhani şəxsləri Hacı Faiq Nəbiyevi 5 il müddətinə seçiblər.

Şeyx Faiq Nəbiyevlə yanaşı Hacı Qurban Nurquzov və Kərbəlayi Vidadi Qurbanov da namizədlik irəli sürübümüş.

Faiq Nəbiyev – 11 parel 1977-ci ildə Marneulidə anadan olub. Marneuli 4 saylı məktəbinin rusdilli bölməsində təhsil alıb. İlk dini təhsilini Azərbaycanın Gəncə şəhərində, “Gəncə Mədrəsəsində” alıb.

Təhsilinə 5 il ərzində İranın Qum şəhərində, “Dini Hövzə”-də davam edib. Eləcə də Əl-Mustafa Universitetində təhsil alıb. 1999-cu ildə Tbilisi Cümə Məscidində yaradılmış İmam Əli Mədrəsəsində müəllim olaraq, sonra isə rəhbər vəzifəsində işləyib.

2002-ci ildən, Alul-Beyt Dini-Mədəni Təhsil Mərkəzinin təsis edildiyi gündən mərkəzin sədri vəzifəsini tutub.

Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin Ali və Elmi Şurasının üzvüdür. Beynəlxalq tədbirlərdə və konfranslarda iştirak edib. Ərəb, fars, rus dillərini bilir. Hacı, Kərbəlayı, Məşədi statuslarını daşıyır. Ailəlidir, 3 övladı var. Bizneslə də məşğuldur.

Faiq Nəbiyev seçkilərə qədər müsahibə verməkdən çəkinib və qeyd edib ki, seçkilərdən sonra mətbuata açıqlama verəcək.

“Gələcəklə bağlı suallar haqqında hələ danışmaq istəmirəm. Seçkilərdən sonra mətbuata ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi vəzifəsini 10 il ərzində Hacı Ramin İgidov tuturdu. O, 1 noyabr tarixində, Tbilisidə Quran mövzusunda keçirilən konfransın sonunda bildirib ki, seçkilərdə iştirak etməyəcək.

Print Email
FaceBook Twitter Google