Beynəlxalq axtarışda olan İbadov Elxan Əhliyyət oğlu Azərbaycana
ekstradisiya olunub.
Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu
tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və
hüquqi münasibətlər haqqında» Konvensiyanın tələblərinə uyğun
olaraq Azərbaycan Respublikasının vətəndaşı İbadov Elxan Əhliyyət
oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Bakı şəhəri Nizami RPİ-də ibtidai istintaq edilən
cinayət
işi üzrə Elxan İbadovun xeyli ziyan vurmaqla dələduzluq cinayətini
törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində
təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul
edilməklə beynəlxalq axtarışa verilib.
E.İbadov Gürcüstanın ərazisində saxlanılaraq dekabr ayının 1-də
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti
ilə Azərbaycana gətirilib.