“Yuxarı Lars” keçid məntəqəsində əlverişsiz hava şəraiti ilə
əlaqədar 3 400-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən
keçmək üçün gözləyir.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Qeyd olunur ki, “yaşıl zona”da 250 avtomobil var və onların “Yuxarı
Lars”dan keçmək üçün 12 saat vaxtı var. Bu gün Rusiya tərəfdən
Gürcüstana ümumilikdə 3380 yük maşınının daxil olacağı
gözlənilir.
Xatırladaq ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və
temperaturun aşağı olması səbəbindən Gürcüstan-Rusiya sərhədi,
Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun
Qudauri-Kobi hissəsi istiqamətində ağır yük maşınlarının hərəkəti
qadağan edilib.