İti 8-ci mərtəbədən atan şəxs saxlanılıb - Prokurorluq
Gürcüstan Prokurorluğu bir nəfəri heyvanla amansız rəftar və onun ölümünə səbəb olan zorakılıq faktında ittiham edib.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, noyabrın 29-da Tbilisidə təqsirləndirilən şəxs atasına məxsus “Rottweiler” itini döyüb, sonra onu yaşayış binasının 8-ci mərtəbəsinin eyvanından atıb. İt təqsirləndirilən şəxsin hərəkəti nəticəsində ölüb”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 30-da saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin 3-cü hissəsi ilə (Heyvanla amansız rəftar və onun ölümünə səbəb olan digər zorakılıq hərəkətləri) ittiham irəli sürülüb ki, bu da 1 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin dayandırılması barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edir.
Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google