Tsalkada orta yaşlı qadın balta ilə öldürülüb - polis bir nəfəri həbs edib
Polis isti izlərlə Tsalka bələdiyyəsində balta ilə qəsdən adam öldürmə işini açıb və bir nəfəri saxlayıb.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları isti izdə keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1976-cı il təvəllüdlü V.V.-nı Tsalka bələdiyyəsində qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

Cinayət 10 ildən 15 ilədək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1970-ci il təvəllüdlü E.Q.-ya balta ilə ölümcül xəsarət yetirib və hadisə yerindən gizlənib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.V. hadisədən bir neçə saat sonra saxlanılıb.

Polis cinayət silahını sübut kimi götürüb.

Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır",
- məlumatda deyilir.
Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google