Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023/2024-cü
tədris ilinin əvvəlinə 2296 ümumi təhsil müəssisəsi (məktəb), o
cümlədən 2086 dövlət və 210 özəl müəssisə olub.
Ötən dərs ili ilə müqayisədə ölkədə məktəblərin sayı 6 vahid
azalıb. Regionlar üzrə ən çox məktəblər (17,1%) İmeretidədir.
Həmçinin, Milli Statistika Xidmətinin məlumatına görə, 2023/2024-cü
tədris ilinin əvvəlinə Gürcüstanın ümumi
təhsil müəssisələrində
634,3 min şagird təhsil alır ki, bu da əvvəlki tədris ilindən 0,2%
çoxdur. Şagirdlərin ümumi sayının 89,5 faizi dövlət, 10,5 faizi isə
özəl məktəblərdə təhsil alır.
Şagirdlərin ümumi sayının 48,2 faizini qızlar, 51,8 faizini
oğlanlar təşkil edir. Regionlar arasında ən çox şagird (35,5%)
Tbilisidə təhsil alır.
2023/2024-cü dərs ilində 166,9 min şagird informasiya-kommunikasiya
texnologiyaları (I, V və VI siniflərdə bu fənlər icbari tədris
olunur) üzrə təhsil alır ki, bu da əvvəlki tədris ilindən 3,1%
azdır.
2023-cü ildə orta məktəbi 47 291 şagird bitirib ki, bu da əvvəlki
ilin müvafiq göstəricisindən 4,1% çoxdur.
56,6 min şagird ibtidai təhsil almışdır ki, bu da əvvəlki ilin
müvafiq göstəricisindən 6,0 faiz az, 46,8 min şagird isə əsas
təhsil almışdır ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 3,9
faiz çoxdur.
2023/2024-cü dərs ilinin əvvəlinə ümumi təhsil müəssisələrində 63,7
min müəllim işlə təmin olunub ki, bu da əvvəlki ilə nisbətən 2,2
faiz çoxdur.
Müəllimlərin əksəriyyətini qadınlar təşkil edir, o cümlədən
müəllimlər arasında qadınların xüsusi çəkisi 87,5 faiz, kişilər isə
12,5 faiz təşkil edir.