Tbilisidə polis əməkdaşı yaralanıb
Tbilisinin Zaarbrükken meydanında iki nəfər soyuq silahla yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən “Netqazet”ə verilən məlumata görə, xəsarət alanlardan biri hadisə yerinə gələn patrul polisinin əməkdaşıdır.

Agentliyin məlumatına görə, hücum edən şəxs artıq həbs edilib. Hadisə ilə bağlı ətraflı məlumat əldə edildikdən sonra məqalə yenilənəcək.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google