Meriya iki kəndə içməli su çəkilməsi üçün layihələri 40 500 lariyə alacaq
Marneuli yerli özünüidarəsi iki kəndə daxili içməli su şəbəkəsinin çəkilməsi layihəsinin alınması üçün tender elan edib. Marneuli meriyası tərəfindən elan edilmiş tenderə əsasən, İkinci Kosalı və Quşçu kəndində daxili içməli su şəbəkəsinin çəkilməsi planlaşdırılır.

Tender sənədlərinə görə, layihəni həyata keçirəcək təşkilat birinci mərhələdə İkinci Kosalı və Quşçu kəndində olan içməli su şəbəkəsinin vəziyyətini araşdırmalıdır, meriyaya məlumat verməlidir və bundan sonra layihə tam tərtib olunmalıdır.

Marneuli yerli özünüidarəsi İkinci Kosalı və Quşçu kəndində daxili içməli su şəbəkəsinin bərpası/yenidənqurma işləri üçün lazım olan smeta sənədlərinin tərtib edilməsi xidmətinin alınmasını 40 500 lariyə planlaşdırır.

Tender təklifinə görə, İkinci Kosalı kəndində daxili içməli su şəbəkəsinin bərpası/yenidənqurma işlərinin təxmini dəyəri 850 000 lari, Quşçu kəndində daxili içməli su şəbəkəsinin bərpası/yenidənqurma işlərinin təxmini dəyəri isə 500 000 laridir.

Print Email
FaceBook Twitter Google