Yaxın günlərdə Marneulidə hava necə olacaq - Ekologiya Agentliyinin proqnozu
Dekabrın 4-də Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək. Dekabrın 5-7-də respublikanın bəzi rayonlarında yağıntılı olacağı gözlənilir.

Tbilisidə dekabrın 4-5-də havanın isti və yağmursuz keçəcəyi, dekabrın 6-7-də isə yağış yağacağı, havanın temperaturunun gün ərzində +11, +13 dərəcəyədək enəcəyi gözlənilir.

Dənizkənarı rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 4-də havanın isti və yağmursuz keçəcəyi, dekabrın 5-7-də isə bir qədər yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 4-də havanın isti və yağmursuz keçəcəyi, dekabrın 5-7-də isə bir qədər yağış yağacağı, bəzi yerlərdə güclü külək olacağı gözlənilir. şərqdən əsəcək. Havanın temperaturunun gün ərzində +17, +19 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 4-də isti və yağmursuz hava şəraiti, dekabrın 5-7-də isə az yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 4-də havanın isti və yağmursuz keçəcəyi, dekabrın 5-7-də isə az yağıntı olacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): dekabrın 4-5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 6-7-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +11, +13 dərəcəyə enəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro):
dekabrın 4-5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 6-7-də yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +10, +12 dərəcəyə enəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro): dekabrın 4-5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 6-7-də yağış yağacağı gözlənilir. Havanın temperaturunun gün ərzində +10, +12 dərəcə isti olacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 4-5-də hava əsasən yağmursuz keçəcək, dekabrın 6-7-də qar yağacaq, havanın temperaturu gündüz +4, +6 dərəcəyədək enəcək.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google