Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük
postunda 220 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat
vasitələrinin sayı barədə məlumata əsasən, Astara gömrük postunda
118, Biləsuvar gömrük postunda 47,
Mazımqara gömrük postunda 26,
Xanoba gömrük postunda 3, Samur gömrük postunda 38 yük maşını
var.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı
daşıyıcıların məlumatlandırılmasını davam etdirir.