Marneulidə kəndə dəstək proqramı 12 fevral tarixindən başlayacaq
Marneulidə 2024-cü il üçün kəndə dəstək proqramı 12 fevral tarixindən başlayacaq. Bu barədə yerli özünüidarə məlumat yayıb. Məlumatda bildirilir ki, bu il Marneuli bələdiyyəsində qeyd olunan proqramın həyata keçirilməsi üçün 1 232 000 lari ayrılıb.

Kəndə dəstək proqramı çərçivəsində yerli əhalinin qərarı ilə müxtəlif kəndlərdə aşağıdakı layihələr həyata keçirilə bilər:
  • İçməli su sistemləri (Həmçinin quyular, su kəmərləri, baş tikililər, təmizləyici qurğular və s.);
  • Suvarma sistemləri;
  • Kanalizasiya arxları;
  • Sahil bərkitmə işləri;
  • Yollar və yolkənarı dayanacaqlar; Eləcə də səkilər və digər yol infrastrukturu;
  • Körpülər, keçidlər;
  • Küçə işıqları;
  • Məktəb ərazisinin abadlaşdırılması;
  • Məktəbəqədər təhsil müəssisələri və müvafiq inventar;
  • Ambulatoriya binaları;
  • Qəbiristanlıqların hasarlanması və abadlaşdırılması;
  • İdman infrastrukturu , meydançalar və meydançaların inventarı;
  • Müvafiq inventar ilə təchiz olunmuş parklar, həmçinin, uşaq parkları, eləcə də istirahət məkanları, ayaqyolu;
  • Dəyirmanların və müvafiq inventarların bərpası;
  • Mini SES-lər və belə stansiyaların bərpası;
  • Coğrafi obyektlərin ad və ünvanlarına uyğun olaraq, müvafiq nişanların, eləcə də turistlər üçün yerləri göstərən nişanların yerləşdirilməsi.
Vətəndaşlardan layihə təklifləri meriyada, inzibati vahidliklərdə merin nümayəndələrinin yanında, eləcə də aşağıdakı ünvana elektron qaydada qəbul olunacaq: CLOAKING . Təklifləri 2024-cü ilin 12 fevral tarixinə qədər göndərə bilərsiniz.

Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari ayrılıb.

Hökumətin qərarı ilə kəndə dəstək proqramının həyata keçirilməsi üçün ölkə miqyasında 40 610 000 lari nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google